Təhsil 365 - Logo Mobile

Şəki-Zaqatala bölgəsində 745 məzun fərqlənmə attestatı alıb

7927.06.2025 - 10:35
Şəki-Zaqatala bölgəsində 745 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 745 məzunu məktəbi fərqlənmə attestatı ilə başa vurub.

“Tehsil365” xəbər verir ki, həmin məzunlardan 354 nəfəri ümumi orta təhsil səviyyəsi, 391 nəfəri isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə ilə bitirib.

Qeyd edək ki, fərqlənmə attestatları ümumi və ya tam orta təhsil səviyyəsində bütün fənlərdən illik yekun qiymətləri “5” olan və buraxılış imtahanlarında hər bir fənn üzrə minimum 75 bal toplamış məzunlara verilir.

Bildirək ki, fərqlənmə attestatlarının verilməsi məsələsi sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında müzakirə olunur və müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilir.

Bu göstərici bölgə üzrə təhsilin keyfiyyətinin yüksəldiyini və şagirdlərin tədris nailiyyətlərində ciddi nəticələr əldə etdiyini göstərir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...