Təhsil 365 - Logo Mobile

Şəki-Zaqatala Regionunda IX Sinif Məzunlarına Attestatların Verilməsinə Start Verildi

7628.06.2025 - 08:30
Şəki-Zaqatala Regionunda IX Sinif Məzunlarına Attestatların Verilməsinə Start Verildi

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məlumatına görə, 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin IX sinfini 8058, XI sinfini isə 5800 şagird bitirib. Hazırda 9-cu sinif məzunlarına dövlət nümunəli attestatların təqdim olunmasına başlanılıb.

Bu barədə "Tehsil365"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki,attestatlar Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən təqdim olunur. Təhsil sənədlərinin verilməsi tamamilə ödənişsizdir və bu prosesdə heç bir rüsum tələb edilmir.

Valideynlər və şagirdlər hər hansı neqativ halla qarşılaşdıqları halda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 146-0-11 nömrəli Çağrı Mərkəzinə məlumat verə bilərlər.




Züleyxa Allahverdiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...