Yeni məzunlar üçün nəzərdə tutulan “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına müraciətlər başladı!
Tehsil365 xəbər verir ki, ABB” Bank yeni məzunlar üçün “KOB Müştəri Meneceri üzrə” təcrübə proqramına start verib.
Kiçik və orta biznes müştərilərinə xidmət göstərən Bankımız, gənclərin inkişafına xüsusi diqqət yetirərək onlara karyera imkanları yaradır.
Namizədlərdən gözlənilən tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya riyaziyyat üzrə);
Ofis proqramları üzrə bilik;
Əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Komanda ilə işləmə bacarığı.
Əgər qeyd olunan tələblərə cavab verirsənsə, careers.abb-bank.az saytında qeydiyyatdan keçərək müraciət edə bilərsən!