Təhsil 365 - Logo Mobile

İkinci iş yeri üzrə müəllimlərin qeydiyyatı başladı

7830.06.2025 - 11:10
İkinci iş yeri üzrə müəllimlərin qeydiyyatı başladı

İkinci iş yeri üzrə müraciət etmək istəyən müəllimlərin nəzərinə – Onlayn qeydiyyat başladı

“Tehsil365” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə fəaliyyət göstərmək istəyən müəllimlər 27 iyun–04 iyul 2025-ci il tarixlərində onlayn qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün müraciətlər aşağıdakı link vasitəsilə qəbul olunur:
🔗 Qeydiyyat forması

İkinci iş yerində çalışmaq üçün əsas tələblər:
✅ Hal-hazırda ümumi təhsil müəssisəsində müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərmək;
✅ Hər iki iş yeri üzrə ümumi dərs yükünün həftədə 24 saatı keçməməsi;
✅ Sertifikatlaşdırma üzrə test mərhələsində minimum 85% nəticə göstərmək;
✅ Sertifikatlaşdırma tətbiq olunmayan hallarda, son qiymətləndirmə nəticəsinin (DQ və ya MİQ) minimum 85% olması.

Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...