Təhsil 365 - Logo Mobile

Mədəniyyət naziri Adil Kərimli Lerik rayon Mədəniyyət Mərkəzində vətəndaşların müraciətini dinləyəcək

8301.07.2025 - 07:00
Mədəniyyət naziri Adil Kərimli Lerik rayon Mədəniyyət Mərkəzində vətəndaşların müraciətini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 11-də, saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi, 22 ) Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə “Tehsil365”ə Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Ramidə Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...