Təhsil 365 - Logo Mobile

Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub

7801.07.2025 - 10:30
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub

İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.


“Tehsil365” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.


O, ADDA-da “gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.


A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.


Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Gülgəz Qasımzadə

Новостная лента

На данный момент новостей в ленте нет...