“Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq, 2025-2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir.
“Tehsil365 ” xəbər verir ki, bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili tacik, rus və ingilis dilidir. Təqaüd proqramına müraciət üçün son tarix 18 iyul 2025-ci il nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.