AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyasının təqdimat mərasimi Azərbaycan Yazıçılar Birliyində təşkil olunub.
“Tehsil365 “xəbər verir ki, Tədbirdə AMEA-nın rəhbərliyi, AYB-nin əməkdaşları, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri və müəllifin tələbə yoldaşları iştirak ediblər. Moderatorluğunu Əsəd Cahangirin etdiyi təqdimatda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın ədəbiyyatşünaslıq elminə verdiyi töhfəni yüksək qiymətləndirib.
Akademiklər, professorlar və şairlər kitabın Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu, müəllifin peşəkarlığını vurğulayıblar. Tədbirdə Əməkdar artist Elza Seyidcahan və digər iştirakçılar kitabın altı fəsildən ibarət xarakterik xüsusiyyətlərinə toxunublar.
Təqdimatın sonunda müəllif Salidə Şərifova tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.