Təhsil 365 - Logo Mobile

Xaricdə müəllimlik ixtisası üzrə təhsil alanların imtahan nəticələri açıqlandı: bəzi sahələrdə uğursuzluq 100 faizə çatıb

7403.07.2025 - 05:59
Xaricdə müəllimlik ixtisası üzrə təhsil alanların imtahan nəticələri açıqlandı: bəzi sahələrdə uğursuzluq 100 faizə çatıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xaricdə müəllimlik ixtisası üzrə ali təhsil almış şəxslərin peşə tanınması üzrə imtahan nəticələri açıqlanıb.

“Tehsil365” xəbər verir ki, xüsusilə "İbtidai sinif müəllimliyi" üzrə imtahanda iştirak edən 10 nəfərdən yalnız 1 nəfər keçid balını toplaya bilib. Beləliklə, 90 faiz namizəd uğursuz hesab edilib.

Bundan əlavə, "Tarix müəllimliyi" və "Kimya və biologiya müəllimliyi" ixtisası üzrə də nəticələr ürəkaçan deyil. Hər iki sahə üzrə imtahanda iştirak edən namizədlər keçid balı toplaya bilməyib. Hər iki ixtisas üzrə uğursuzluq faizi 100-ə çatıb.

Ən yüksək nəticə isə "Dil və ədəbiyyat müəllimliyi", "İnformatika", "Pedaqogika", "Riyaziyyat", "Korreksiyaedici təlim" və "Xarici dil müəllimliyi" üzrə qeydə alınıb. Bu sahələr üzrə imtahanda iştirak edənlərin əksəriyyəti keçid balını toplaya bilib və sənədləri tanınıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...