Təhsil 365 - Logo Mobile

Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir

6205.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir

2025/2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni təqvim ili ərzində 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Bu barədə "Tehsil365"ə Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbəhazırlıq mərhələsi uşaqların məktəb mühitinə uyğunlaşmasını təmin etmək və onların ilkin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Sənəd qəbulu prosesi isə mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

Ramidə Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...