Təhsil 365 - Logo Mobile

Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunur

8910.07.2025 - 07:30
Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunur

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məktəblərdə üstünlük hüququ tətbiq olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək.

Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.

Ramidə Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...