Təhsil 365 - Logo Mobile

Yeniyetmələrdən Şok Şantaj: Pul və Qızıl Əldə Ediblər

10410.07.2025 - 10:00
Yeniyetmələrdən Şok Şantaj: Pul və Qızıl Əldə Ediblər

Abşeronda vətəndaşa hədə-qorxu gələn şəxslər saxlanılıblar.

“Tehsil365” xəbər verir ki, Abşeron rayon sakini olan 34 yaşlı kişi polisə müraciət edərək şantajla üzləşdiyini bildirib.

O, iki nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 955 manatını və 4000 manat dəyərində qızıl-zinət əşyasını aldıqlarını qeyd edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 17 və 18 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıb

Araşdırmalar davam etdilir

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...