Təhsil 365 - Logo Mobile

Məktəbdənkənar müəssisələrdə də bağça təhsili veriləcək

9014.07.2025 - 12:10
Məktəbdənkənar müəssisələrdə də bağça təhsili veriləcək

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

“Tehsil365” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Beləliklə, bu sıraya məktəbdənkənar təhsil müəssisələri əlavə edilir.

“Məktəbəqədər təhsil haqqında” qanuna da anoloji dəyişiklik təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Aydan İsayeva

Новостная лента

На данный момент новостей в ленте нет...