Təhsil 365 - Logo Mobile

Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq

9217.07.2025 - 09:10
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Tehsil365” ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...