Təhsil 365 - Logo Mobile

Geodeziya və kadastr işlərində WGS-84 koordinat sistemi tətbiq olunacaq.

8919.07.2025 - 09:20
Geodeziya və kadastr işlərində WGS-84 koordinat sistemi tətbiq olunacaq.

Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək.

“Tehsil365” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək.

Həmçinin digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılan və tamamlanmayan layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdiriləcək

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...