Lənkəran — Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası vəzifəsi üzrə vakansiyalar mövcuddur.
Bu barədə “Tehsil365”ə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib ki, mərkəzə müxtəlif ixtisas sahələri üzrə təcrübəli mütəxəssislər axtarılır. Namizədlərdən pedaqoji bacarıq, müvafiq sahədə təcrübə və peşə hazırlığı tələb olunur.
Vakansiyalara müraciət etmək istəyən şəxslərdən tələb olunan sənədlər və son müraciət tarixi barədə ətraflı məlumat mərkəzin rəsmi səhifəsində təqdim olunacaq.

