41 bağça müdiri işdən çıxarıldı
Tehsil365 xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentliyin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın sözlərinə görə, 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərlə 41 bağça müdiri vəzifəsindən azad olunub, 100-dən çox müəssisə rəhbərinə isə inzibati tədbirlər tətbiq edilib.
Onun sözlərinə görə, indiyə kimi 7 əsas istiqamət üzrə 150 bağçada monitorinqlər həyata keçirilib. Qiymətləndirmə nəticəsində hər bir müəssisə üzrə hesabat hazırlanır və həmin sənədlər yerli idarələrlə paylaşılır.
“Bu il ərzində 100 bağçada daha monitorinq keçirilməsi planlaşdırılır. Eyni zamanda, agentlik və yerli təhsil idarəetmə orqanları tərəfindən tematik və planlı monitorinqlər də aparılır. Bu zaman idarəetmə, pedaqoji fəaliyyət və inzibati işlər yoxlanılır,” – deyə İlahə Rəsulova qeyd edib.