Təhsil 365 - Logo Mobile

BDU-da iki yeni ixtisas

12005.08.2025 - 18:51
BDU-da iki yeni ixtisas

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsində iki ixtisas üzrə tələbə qəbulunu elan edib.

Tehsil365 xəbər verir ki, bu ixtisaslar “Kitabxanaçılıq və informasiya fəaliyyəti” (ixtisas kodu: 6002010) və “Muzey, arxiv işi və abidələrin qorunması”dır (ixtisas kodu: 6003012). Hər iki ixtisas üzrə qəbul olunan tələbələr gələcəkdə informasiya idarəçiliyi, sənəd dövriyyəsi, kitabxana və arxiv sistemləri sahəsində ixtisaslaşaraq əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi yetişəcəklər.

Fakültədə hazırda 4 kafedra – Kitabxanaşünaslıq, Sənəd menecmenti, Kitabxana-informasiya resurslarının idarə edilməsi və Redaksiya-nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Bundan əlavə, 2 tədris laboratoriyası tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdırılmasına dəstək verir.

Qeyd olunub ki, bu ixtisaslara yiyələnən məzunlar təhsillərini magistratura və doktorantura səviyyəsində davam etdirərək akademik karyera qurmaq imkanına malikdirlər.

Tədris prosesi Azərbaycan, rus və ingilis dillərində aparılır.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...