Təhsil 365 - Logo Mobile

Region məktəblərinə 10 minədək ədəbiyyat kitabı göndərilib

10806.08.2025 - 14:31
Region məktəblərinə 10 minədək ədəbiyyat kitabı göndərilib

Tehsil365 Təhsilin İnkişafı Fonduna istinadla xəbər verir ki, region məktəblərinə klassik dünya və Azərbaycan ədəbiyyatına dair kitabların ianə edilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 10 minədək kitab məktəblərə göndərilib.

Layihənin əsas məqsədi şagirdlərin bədii ədəbiyyata marağını artırmaq, onların ədəbi düşüncə tərzinin formalaşmasına töhfə vermək və məktəb kitabxanalarının fondunu zənginləşdirməkdir.

Göndərilən nəşrlər arasında həm dünya, həm də Azərbaycan ədəbiyyatının tanınmış klassiklərinə məxsus əsərlər yer alır.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...