Tehsil365 Təhsil İnkişafı Fonduna istinadla xəbər verir ki, Fondun “Maarifçi” proqramının məzunu Nigar Rəhimli 2022–2026-cı illəri əhatə edən “Gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qalibi olub.
Nigar Rəhimli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Berkeley Universitetinin Hüquq fakültəsi (Berkeley Law) tərəfindən magistratura təhsili üçün qəbul alıb. Bu uğur onun həm akademik göstəricilərini, həm də maarifçi təcrübəsinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Qeyd edək ki, Təhsil İnkişafı Fondu tərəfindən həyata keçirilən “Maarifçi” proqramı çərçivəsində müxtəlif sahələr üzrə istedadlı gənclər müəyyən olunaraq onlara peşəkar və akademik inkişaf istiqamətində dəstək göstərilir.
Nigar Rəhimlinin bu uğuru, proqramın ölkədə insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.