Tehsil365 xəbər verir ki, Moderator.az saytının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunan növbəti müsabiqə bu il “Qərbi Azərbaycana və Qarabağa Qayıdış” mövzusuna həsr edilib.
Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
Qərbi Azərbaycana Qayıdış – deportasiya, tarixi ədalətsizlik, ailə hekayələri, publisistik yazılar;
Qarabağa Qayıdış və Böyük Qayıdış Proqramı – yenidənqurma, qayıdan ailələr, mədəni irsin bərpası;
Zülfüqar Hüseynzadənin jurnalistik irsi – medianın milli məsələlərdə rolu.
Qaliblər üçün mükafatlar aşağıdakı kimidir:
I yer – 1000 manat
II yer – 600 manat
III yer – 400 manat
Son müraciət tarixi 18 avqust 2025-ci ildir. Yazılar “[email protected]” elektron ünvanına göndərilməlidir.