Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün yay tətili müddətində dövlət orqanlarında təcrübə keçmək imkanı yaradılıb. Bu təşəbbüs tələbələrin praktik bilik və bacarıqlarını artırmaq, peşəkar sahədə təcrübə qazanmaq məqsədi daşıyır.