Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində təqaüd proqramı təsis edilib

9711.08.2025 - 14:24
Qarabağ Universitetində təqaüd proqramı təsis edilib

Azərbaycanın ali təhsil sistemində kadr potensialının gücləndirilməsi və gənclərin peşəkar inkişafına dəstək məqsədilə Qarabağ Universitetində yeni təşəbbüs həyata keçirilir.

Tehsil365 xəbər verir ki, Qarabağ Dirçəliş Fondu və Təhsilin İnkişafı Fondu tərəfindən təsis edilən Qarabağ Təqaüd Proqramı gələcəyin potensiallı kadrlarının yetişdirilməsinə yönəlib. Hazırda 20-yə yaxın şirkət proqram çərçivəsində Qarabağ Universitetində təhsil alacaq tələbələrə maliyyə və sosial dəstək göstərəcək.

Məlumata görə, bu təşəbbüsə qoşulmaqla gənclərin keyfiyyətli təhsil almasına və gələcəkdə peşəkar kadr kimi formalaşmasına töhfə vermək mümkündür.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...