Təhsil 365 - Logo Mobile

“Bir Səhnə, Min Rəng” – Əlilliyi olan şəxslər üçün bədii yaradıcılıq müsabiqəsinə qeydiyyat başladı

10812.08.2025 - 14:03
“Bir Səhnə, Min Rəng” – Əlilliyi olan şəxslər üçün bədii yaradıcılıq müsabiqəsinə qeydiyyat başladı

Əlilliyi olan şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mədəni dəyərləri təbliğ etmək və incəsənət sahəsində onların bacarıqlarını inkişaf etdirmək məqsədilə “Bir Səhnə, Min Rəng” adlı Bədii Yaradıcılıq Müsabiqə-Festivalının seçim mərhələsinə start verilib.

Tehsil365 xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslər arasında “Bir Səhnə, Min Rəng” adlı Bədii Yaradıcılıq Müsabiqə-Festivalının seçim mərhələsinə start verilib.

Layihə, istedadlı əlilliyi olan şəxslərin yaradıcılıq potensialını nümayiş etdirməsinə, milli-mədəni dəyərlərin təbliğinə və incəsənət sahəsində bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.

Müsabiqə çərçivəsində iştirakçılar aşağıdakı istiqamətlərdə çıxış edə biləcəklər:

  • Milli və dünya xalqlarının çalğı alətləri

  • Xor kollektivləri

  • Milli rəqs

  • Müasir rəqs

  • Bədii qiraət (klassik və müasir ədəbiyyat nümunələri)

  • Vokal (klassik, müasir və bəstəkar mahnıları)

  • Muğam

  • Xalq mahnıları

  • Aşıq musiqisi

  • Səhnəcik

  • Xüsusi əl bacarıqları (rəsm, toxuma, aksesuarlar və s.)

İştirak edə biləcək şəxslər: Azərbaycan Respublikasında yaşayan, #AHİK və #ETİHİ üzvü olan əlilliyi olan şəxslər — özfəaliyyət kollektivləri, dərnəklər, studiyalar, solo ifaçılar, həvəskar müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, orkestr və ansambllar, aktyorlar və xüsusi bacarıqları olan sənətkarlar.

Qeydiyyat 25 avqust 2025-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/htE5C6X5xE6rzn3W7

Əlaqə: “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədr müavini Samirə xanım — 051 430 44 93.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...