Son illər ölkəmizdə təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar gündəmə gətirilir. Bu çərçivədə, ictimaiyyət arasında ən çox diqqət çəkən mövzulardan biri də 12 illik ümumi təhsil modelinə keçid məsələsidir.
Mütəxəssislər hesab edirlər ki, belə bir addım tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına, şagirdlərin bilik və bacarıqlarının daha yüksək səviyyədə formalaşmasına şərait yaradacaq.
Tehsil365 xəbər verir ki, təhsil ekspertləri və dövlət qurumları arasında aparılan ilkin müzakirələrdə 12 illik modelin tətbiqi ilə bağlı təkliflər hazırlanır. Yeni sistemin tətbiqi halında, ibtidai, orta və yuxarı sinif mərhələləri üzrə dərs planlarında dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məsələ ilə bağlı məlumatlar azerbaijan.us portalında yer alıb.