Təhsil 365 - Logo Mobile

ABŞ prokurorlarından süni intellekt şirkətlərinə xəbərdarlıq: “Uşaqları qorumaq borcunuzdur”

10826.08.2025 - 08:10
ABŞ prokurorlarından süni intellekt şirkətlərinə xəbərdarlıq: “Uşaqları qorumaq borcunuzdur”

“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın 44 yurisdiksiyasının Baş prokurorları süni intellekt şirkətlərinə ünvanladıqları məktubda uşaqları “yırtıcı süni intellekt məhsullarının istismarından qorumağa” çağırıblar.

Məktubda Meta-nın çatbotlarının uşaqlarla “flört və romantik dialoqlar” qurduğu, həmçinin Wall Street Journal araşdırmasında məşhurların səsləri ilə olan botların azyaşlı hesablarla seksual dialoqlara girdiyi qeyd olunub.

Prokurorlar Google və Character.ai-yə qarşı iddialara da diqqət çəkiblər. İddialara görə, çatbotlar bir uşağı intihara sövq edib, digərinə isə valideynlərini öldürməyi “normal” göstərib.

Məktub Anthropic, Apple, Google, Meta, Microsoft, OpenAI və digər şirkətlərə ünvanlanıb. Prokurorlar bildiriblər:“Uşaqlara qəsdən zərər verilərsə, cavab verəcəksiniz. Sosial şəbəkələrdə edilən səhvlər SI ilə təkrarlana bilməz".

Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...