Təhsil 365 - Logo Mobile

Xırdalanda kanalizasiya xəttində baş verən qəza sakinlər üçün çətinlik yaradıb

9626.08.2025 - 11:50
Xırdalanda kanalizasiya xəttində baş verən qəza sakinlər üçün çətinlik yaradıb

"Tehsil365" xəbər verir ki, Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 2-ci dalan, 28-ci məhəllədə kanalizasiya xəttində baş verən qəza sakinlər üçün çətinlik yaradıb.

Onların sözlərinə görə, təmir işləri çərçivəsində aparılan qazıntı işləri zamanı meydana gələn qəzadan sonra küçəni su basıb.

Sakinlər küçədə rahat hərəkət edə bilmədiklərini, evlərinə belə çətinliklə girdiklərini bildirirlər.

"Bir müddətdir qazıntı işləri aparırlar. Küçənin hər yerini qazıblar. Mən də bir həftədir evimə girə bilmirəm", - deyə şikayətçi Emil Mirzəzadə gileylənib.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...