“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, Rusiya məhkəməsi “Google” şirkətini yerli internet qaydalarını pozduğuna görə 7 milyon rubl (təxminən 86,585 ABŞ dolları) məbləğində cərimələyib. Məlumata görə, qərar barədə rəsmi açıqlama məhkəmənin özünün “Telegram” kanalında paylaşılıb.
Şirkət isə hələlik məsələ ilə bağlı hər hansı rəsmi şərh verməyib.