Təhsil 365 - Logo Mobile

Spotify pulsuz və premium istifadəçilər üçün mesajlaşma funksiyasını elan edib

9127.08.2025 - 08:00
Spotify pulsuz və premium istifadəçilər üçün mesajlaşma funksiyasını elan edib

“Spotify Technology” həm pulsuz, həm də ödənişli abunəçilər üçün yeni mesajlaşma funksiyasını istifadəyə verəcəyini açıqlayıb.

"Tehsil365" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Belə ki, bu funksiya istifadəçilərə Spotify üzərindən əlaqədə olduqları şəxslərlə ünsiyyət qurmaq və musiqi paylaşmaq imkanı yaradacaq. Xidmət bu həftədən etibarən seçilmiş bazarlarda 16 yaşdan yuxarı istifadəçilər üçün mobil qurğularda əlçatan olacaq.

Qeyd edək ki, oxşar funksiyanı Spotify 2017-ci ildə zəif aktivlik səbəbindən ləğv etmişdi. Lakin son illərdə abunəçilərin sayının artması ilə şirkət funksiyanı yenidən canlandırmaq və bazar payını artırmaq niyyətindədir.

Şirkət həmçinin qiymət artımlarına üstünlük verərək gəlirliliyi artırmaq və Apple Music, Amazon Music, YouTube kimi rəqiblərlə rəqabətdə istifadəçi bazasını qorumağa çalışır. İkinci rübdə 696 milyon aylıq aktiv istifadəçisi olan Spotify yeni funksiyalarla 1 milyard hədəfinə yönəlir və video məzmun kitabxanasını da genişləndirir.

Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...