Təhsil 365 - Logo Mobile

Apple sentyabrda yeni iPhone-ları təqdim edəcək

10327.08.2025 - 08:30
Apple sentyabrda yeni iPhone-ları təqdim edəcək

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Stiv Cobs Teatrında illik payız tədbirini keçirəcək. Tədbirdə yeni iPhone modelləri, Apple Watch saatları, iPad Pro planşetləri və daha sürətli Vision Pro qulaqlığının təqdim olunacağı gözlənilir.

“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, şirkət iPad Air və MacBook Air seriyalarına bənzədilərək “iPhone Air” adlana biləcək daha incə model üzərində də işləyir. Apple eyni zamanda süni intellekt imkanlarını cihazlarına inteqrasiya etməyi hədəfləyir.

ABŞ administrasiyasının təzyiqləri fonunda Apple ölkədəki investisiyalarını növbəti dörd il ərzində 600 milyard dollara çatdırmağı planlaşdırır. Bununla yanaşı, Çin və Hindistandan idxala tətbiq edilən rüsumlar şirkət üçün çətinlik yaratmaqda davam edir.

Ekspertlər hesab edirlər ki, süni intellekt bazarına gec qoşulan Apple bu sahədə Samsung, Huawei və Honor kimi rəqiblərindən geri qalır.

Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...