LinkedIn video reklam proqramını genişləndirərək yeni nəşriyyatlar və yaradıcıları layihəyə cəlb edib. Məqsəd daha çox reklam gəliri toplamaqdır.
“Tehsil365” xarici mənbələrə istinadən xəbər verir ki, AT&T Business, IBM, SAP və ServiceNow dörd yeni video layihəsinə sponsorluq edəcək. Proqram yaradıcı və nəşriyyatlara video məzmunlarda reklam yerləşdirməyə və gəlirdən pay almağa imkan verir.
LinkedIn-in məlumatına görə, yaradıcıların sayı son illərdə ikiqat artıb. BrandLink-in gəliri son üç ayda 200% yüksəlib, iştirakçıların qazancı isə üç dəfədən çox artıb.
Proqrama BBC Studios, TED, The Economist və Vox Media da qoşulub. Reklam xərclərinin əsas artımı proqram təminatı, səhiyyə və peşəkar xidmətlərdə müşahidə olunub.