Təhsil 365 - Logo Mobile

Google təsdiqlənməmiş Android tətbiqlərinin kənardan yüklənməsini məhdudlaşdıracaq

10927.08.2025 - 09:00
Google təsdiqlənməmiş Android tətbiqlərinin kənardan yüklənməsini məhdudlaşdıracaq

Şirkət bildirir ki, istifadəçilərin tətbiqləri sideloading üsulu ilə yükləməsi üçün tərtibatçılar şəxsiyyətlərini təsdiqləməlidirlər. Bu addımın səbəbi araşdırmaların internetdən yüklənən tətbiqlərdə 50 dəfə çox zərərli proqram aşkarlaması olub.

"Tehsil365" xəbər verir ki, bu barədə "Engadget" məlumat yayıb. Belə ki, yalnız təsdiqlənmiş tərtibatçılar tərəfindən qeydiyyata alınan tətbiqlər sertifikatlı Android cihazlarına quraşdırılacaq. Bunun üçün Google xüsusi Android Developer Console yaradacaq ki, tərtibatçılar orada identifikasiya prosesindən keçsinlər.

Şirkət bu prosesi “hava limanında şəxsiyyət yoxlanışı”na bənzədib və vurğulayıb ki, məzmun yoxlanılmayacaq, yalnız kimlik təsdiqlənəcək.

Yeni qaydalar 2026-cı ilin sonlarından Braziliya, Sinqapur, İndoneziya və Taylandda qüvvəyə minəcək, daha sonra isə qlobal tətbiqi gözlənilir.

Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...