Təhsil 365 - Logo Mobile

Bakıda Azərbaycan-Ukrayna IT Forumu keçiriləcək

11327.08.2025 - 10:02
Bakıda Azərbaycan-Ukrayna IT Forumu keçiriləcək

22–24 sentyabr tarixlərində paytaxt Bakıda Azərbaycan və Ukrayna arasında IT forumu baş tutacaq.

“Tehsil365” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün “X” sosial şəbəkə hesabında paylaşıb. O, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri Fərid Osmanovla görüşərək forumla bağlı hazırlıqları və iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan IT forumuna (22-24 sentyabr) hazırlığı, IT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - diplomat qeyd edib.


Elnurə Kərimova

Новостная лента

На данный момент новостей в ленте нет...