Təhsil 365 - Logo Mobile

Lənkərandakı məktəbdə nə baş verir?

14527.08.2025 - 13:15
Lənkərandakı məktəbdə nə baş verir?

Lənkəranda T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin tipinin dəyişdirilməsi, şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.

“Tehsil365”xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.verilib.

Qeyd olunub ki, təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.

Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.

Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək.

Xatırladaq ki, sözügedən məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi qərarı yerli müəllim və valideynlərin narazılığına səbəb olub. Bu barədə bir qrup məktəb müəllimi və valideynlər şikayət edirlər.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...