Çinli həkimlər avqustun 24-dən 30-dək ölkənin cənubundakı Quandun əyalətində çikunqunya virusuna 225 yeni yoluxma halı aşkarlayıblar.
“Tehsil365” xəbər verir ki, çikunqunya virusu Aedes ağcaqanadları vasitəsilə yayılan bir virus xəstəliyidir. Virus insanlara ağcaqanad dişləməsi ilə keçir və şiddətli hərarət, əzələ və oynaq ağrıları yaradır.
RNA virusu olan bu xəstəlik çikunqunya virusu ilə yoluxmuş ağcaqanadların dişləməsi ilə yayılır və şiddətli əzələ və oynaq ağrılarına səbəb olur. Virus əsasən Togaviridae ailəsinə aiddir və Aedes cinsi ağcaqanadlar vasitəsilə yoluxaraq akut hərarətli xəstəliklərə gətirib çıxarır. Virus kontakt və ya tüpürcək yolu ilə keçmir, lakin qan yolu ilə yoluxa bilər. Yoluxan şəxslərdə adətən yüksək hərarət və oynaq ağrıları müşahidə olunur.
Çikunqunya adı Makonde dilində “bükülmüş olan” mənasını verən sözdən gəlir. Bu adın verilmə səbəbi isə xəstəliyin ən xarakterik simptomu olan şiddətli oynaq ağrılarının xəstələri qıvranacaq vəziyyətə salmasıdır.
Çikunqunyanın ən nəzərəçarpan və xarakterik əlamətləri qəfil başlayan yüksək hərarət və şiddətli oynaq ağrısıdır. Çikunqunya qızdırması xəstəliyinin inkubasiya müddəti adətən 3–7 gün arasında dəyişir, lakin bu müddət 2 gündən 12 günədək uzana bilər. Xəstəliyin geniş yayılmış digər əlamətləri bunlardır:
-Yüksək hərarət
-Şiddətli oynaq ağrısı
-Dəridə səpgilər
-Əzələ ağrısı
-Baş ağrısı
-Yorğunluq və halsızlıq
-Qusma və ürəkbulanma
-Göz iltihabı (konjonktivit)
Çikunqunya xəstəliyinin müalicəsi virusun özünü hədəf alan xüsusi antiviral dərman olmadığı üçün əsasən peyvənd və simptomatik yanaşmaya əsaslanır. Müalicə daha çox xəstəliyin əlamətlərini yüngülləşdirməyə yönəlir.
Çikunqunya xəstəliyindən qorunmağın ən təsirli yolu, virusu daşıyan ağcaqanadların dişləməsindən qorunmaqdır.