Təhsil 365 - Logo Mobile

Trend İnformasiya Agentliyi bu il 30 yaşını qeyd edir

10201.09.2025 - 08:22
Trend İnformasiya Agentliyi bu il 30 yaşını qeyd edir

Bu il Azərbaycanın aparıcı media qurumlarından biri olan Trend İnformasiya Agentliyi 30 illiyini qeyd edir. 1995-ci ildə fəaliyyətə başlayan agentlik, ötən üç onillik ərzində həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında etibarlı xəbər mənbəyi kimi tanınıb.

“Tehsil365” xəbər verir ki, “Trend” Azərbaycanla yanaşı rus, ingilis, fars və ərəb dillərində xəbər xidməti təqdim edərək regionda media şəbəkəsinin inkişafına mühüm töhfə verib. Agentliyin əsas məqsədi cəmiyyətə operativ, dəqiq və obyektiv məlumat çatdırmaq, oxucuların etibarını qazanmaq olub.

30 illik fəaliyyətini arxada qoyan “Trend” bu gün də media sahəsində yenilikçi yanaşmaları ilə seçilir və Azərbaycanın informasiya bazarında mühüm yer tutur.

“Tehsil365” kollektivi adından Trend İnformasiya Agentliyini 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik! 30 il ərzində etibarlı, dəqiq və operativ xəbərləri ilə oxucuların güvənini qazanmış Trend-ə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Pərvin Hacıyeva

Новостная лента

На данный момент новостей в ленте нет...