Təhsil 365 - Logo Mobile

Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov işdən ayrılıb

10802.09.2025 - 08:43
Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov işdən ayrılıb

Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı televiziya ilə yollarını ayırıb.

“Tehsil365” xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabında məlumat paylaşıb. Həsənov qeyd edib ki, qərarı öz istəyilə qəbul edib və Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov, həmçinin kollektivlə sağollaşıb:

“Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb, sağollaşdım. Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çoxsaylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür”, – deyə Nəcəf Həsənov bildirib.

Pərvin Hacıyeva

Новостная лента

На данный момент новостей в ленте нет...