Təhsil 365 - Logo Mobile

Süni intellektin tədrisdəki müsbət rolu

10202.09.2025 - 09:17
Süni intellektin tədrisdəki müsbət rolu

Süni intellektin təhsildə tətbiqi artıq zərurətə çevrilib. AKTA eksperti Bəhruz Əliyev “Tehsil365”ə verdiyi müəllif yazısında Süni intellektin məktəblərdə şagirdlər və müəllimlər üçün faydalarından bəhs edir.

“Süni intellektin (Sİ) məktəblərdə tətbiqinin faydaları çoxşaxəlidir və həm müəllimlərə, həm də şagirdlərə əhəmiyyətli üstünlüklər gətirə bilər.

Sİ şagirdlərin fərdi bacarıq və ehtiyaclarına uyğun məzmun və tədris tempini təklif edir. Beləliklə, hər şagird öz səviyyəsində irəliləyə və möhkəmlənmə imkanı əldə edir. Müəllimlər isə, qiymətləndirmə, dərs planlaşdırma, test hazırlığı kimi vaxt aparan prosesləri avtomatikləşdirir, müəllimlərin daha çox dərsə və fərdi tədrisə fokuslanmasına imkan yaradır. ABŞ-da müəllimlər Sİ vasitəsilə həftəlik təxminən 6 saat qənaət etdiklərini bildirilir. Sİ şagirdləri tənqidi analiz etməyə, yaradıcı düşünməyə və rəqəmsal texnologiyalara alışmağa təşviq edir. Məsələn, İngiltərədə bir məktəb şagirdlərin deskripsiyasından Sİ ilə şəkil yaradaraq yaradıcı müzakirələr təşkil edir. Eyni zamanda Sİ real vaxtda tərcümə, mətnin səsə vəya əksinə çevrilməsi, keyfiyyətli materiallarla kimi imkanlarla vətəndaşlara mühit yaradır.

Beləliklə, Şagirdlərə şəxsi öyrənmə, motivasiya, dəstək məsələlərində ciddi köməkdir. Müəllimlərə isə, vaxt qənaəti, inzibati işlərin azalması, geridönüşün sürətləndirilməsi, mentorluğun güclənməsi kimi məsələlərdə ciddi dəstəkdir. Tədris keyfiyyətində isə, yaradıcı, interaktiv dərslərin olmasına, rəqəmsal savadlılığın artmasına kömək göstərir”.

Müəllif: İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev


Fəridə Sadıqzadə

Новостная лента

На данный момент новостей в ленте нет...