Bugünkü gənclər kompüter ekranı, telefon və internet olmadan həyat təsəvvür edə bilmirlər. Bu, bəzən tənqid olunur, bəzən də müsbət qarşılanır. Amma bir həqiqət var ki, texnologiya artıq onların düşüncə tərzini, ünsiyyətini və gələcək planlarını formalaşdırır.
“Tehsil365” xəbər verir ki, gənclərin iş dünyasına çıxışında ən vacib bacarıqlardan biri rəqəmsal savadlılıqdır. Onlar sosial şəbəkələrdə daha tez ünsiyyət qurur, onlayn platformalarda özlərini ifadə edirlər. Ənənəvi iş modelləri dəyişir, gənclər freelans, startap və onlayn təhsil vasitəsilə öz yollarını tapırlar.
Bununla yanaşı, texnologiyaya bağlılıq təhlükələr də yaradır. Diqqətin dağılması, real ünsiyyətin zəifləməsi, informasiyanın həddindən artıq istehlakı... Əgər bu balans qorunmasa, gənclərin həm psixoloji sağlamlığı, həm də sosial həyatı risk altına düşə bilər.
Gənclik texnologiyanı həm istehlak edən, həm də istehsal edən qüvvəyə çevrilməlidir. Yalnız bu halda “texnologiya nəsli” gələcəyin problemlərinə cavab tapa biləcək.