Təhsil 365 - Logo Mobile

Prezident Administrasiyasında QHT-lərlə görüş keçirildi

10703.09.2025 - 09:11
Prezident Administrasiyasında QHT-lərlə görüş keçirildi

2025-ci il sentyabrın 1-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin üzvləri ilə görüşüb.

“Tehsil365”xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli Forumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2026-cı ilin mayında Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

Görüşdə AMQF İdarə Heyətinin üzvləri — Zaur İbrahimli, Pərvanə Vəliyeva, Azər Allahverənov və Xatirə Vəliyeva QHT-lərin onlarla görüşlərdə qaldırdığı məsələlərdən söz açıb, müxtəlif təkliflər irəli sürüblər.

Tural Əliyev səsləndirilən təklifləri dinləyib, müvafiq qeydlər aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Pərvin Hacıyeva

Новостная лента

На данный момент новостей в ленте нет...