Təhsil 365 - Logo Mobile

Tələbələrin praktiki bacarıqlarının inkişafında istehsalat təcrübəsinin rolu

23604.09.2025 - 10:30
Tələbələrin praktiki bacarıqlarının inkişafında istehsalat təcrübəsinin rolu

İstehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə imkan verir və onların peşəkar inkişafını dəstəkləyir.

“Tehsil365” xəbər verir ki, təcrübə zamanı tələbələr həm texniki, həm də sosial bacarıqlarını inkişaf etdirirlər, işgüzarlıq, təşkilatçılıq və kommunikasiya qabiliyyətləri möhkəmlənir.

Bu proses əmək bazarına hazırlıqlarını artırır və onları rəqabətqabiliyyətli kadr kimi formalaşdırır. Tələbələr yeni texnologiyalar və iş üsulları ilə tanış olur, elmi-tədqiqat bacarıqlarını tətbiq edirlər.

Diplomqabağı təcrübə nəzəri dərslər tamamlandıqdan sonra həyata keçirilir və tələbələr peşə hazırlığının xüsusiyyətlərini öyrənirlər. Təcrübə müddətində tələbələr iki rəhbər – ali məktəb kafedrasından və istehsalat müəssisəsindən təhkim edilmiş nümayəndə ilə işləyirlər. Bu rəhbərlər tələbənin fəaliyyətini izləyir və qiymətləndirirlər.

Təcrübə zamanı əldə edilən bilik və bacarıqlar tələbələrin gələcək karyerasına hazırlığını gücləndirir, iş dünyasına inteqrasiyasını asanlaşdırır. Eyni zamanda, tələbələr əmək bazarının tələblərinə uyğun praktiki təcrübə qazanırlar və real iş şəraitində məsuliyyət öhdəsinə götürməyi öyrənirlər.

Beləliklə, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsi və peşə bacarıqlarını inkişaf etdirməsi üçün vacib bir mərhələdir.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...