Təhsil 365 - Logo Mobile

Məktəblərdə rəqəmsallaşma sürətlənir

10305.09.2025 - 19:24
Məktəblərdə rəqəmsallaşma sürətlənir

Texnologiya tətbiqi artiq müəllimlərin işini asanlaşdırır, həm də şagirdlərin dərslərə marağını artırır. Müasir dövrdə texnologiyanın düzgün istifadəsi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

“Tehsil365”in araşdırmasına görə, Azərbaycanda məktəblərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi getdikcə genişlənir. Son illərdə elektron lövhələr, kompüter sinifləri və "my.edu.az" kimi platformaların istifadəsi şagird və müəllimlər arasında rəqəmsal savadlılığın artmasına səbəb olub.

Təhsil Nazirliyinin qeyd edir ki, 2025-ci ilə qədər bütün ümumtəhsil məktəblərinin İKT ilə tam təchiz olunması hədəflənir. Bu isə tədrisin keyfiyyətinə, qiymətləndirmə prosesinin şəffaflığına və müəllimlərin iş yükünün optimallaşdırılmasına müsbət təsir göstərir.

Rəqəmsallaşma həm də şagirdlərin texnologiyaya marağını artırır və gələcəkdə İT sahəsində ixtisaslaşmaları üçün baza yaradır.

Nurtac Mehtiyeva

Новостная лента

На данный момент новостей в ленте нет...