Təhsil 365 - Logo Mobile

Bal ilə səhərə başlamağın orqanizmə təsirləri

10705.09.2025 - 05:50
Bal ilə səhərə başlamağın orqanizmə təsirləri

Mütəxəssislərin fikrincə, səhər saatlarında bal qəbul etmək orqanizmə həm enerji, həm də sağlamlıq baxımından mühüm faydalar verir. Təbii şəkərlərlə zəngin olan bal gün ərzində bədənin enerji balansını qorumağa kömək edir, eyni zamanda immunitet sistemini gücləndirir.

“Tehsil365” xəbər verir ki, balın tərkibindəki antioksidantlar orqanizmi zərərli sərbəst radikallardan qoruyur və erkən qocalmanın qarşısını alır. Səhər acqarına qəbul edilən bal maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır və mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır.

Bundan başqa, bal beyin fəaliyyətini dəstəkləyir, yaddaşı və diqqəti gücləndirir. Bu xüsusiyyətinə görə xüsusilə tələbələr və zehni işlə məşğul olan insanlar üçün faydalıdır. Təbii antibiotik təsiri göstərən bal həmçinin boğaz ağrılarının, öskürəyin və mövsümi infeksiyaların qarşısının alınmasında köməkçi rol oynayır.

Mütəxəssislər səhərə bal ilə başlamağın stressi azaltdığını və əhval-ruhiyyəni yaxşılaşdırdığını da vurğulayırlar. Balın tərkibindəki qida maddələri sinir sistemini sakitləşdirir, bədənin günə daha enerjili başlamasını təmin edir.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...