Təhsil 365 - Logo Mobile

Yaponiya ağıllı telefon səbəbli demansın müalicəsi üçün ilk klinikanı açdı

12205.09.2025 - 07:11
Yaponiya ağıllı telefon səbəbli demansın müalicəsi üçün ilk klinikanı açdı

Tokionun Kanamachi bölgəsində açılan klinika “Ağıllı Telefon Demansı” adı verilən vəziyyətin müalicəsinə yönəlib. Xüsusilə 30–40 yaş arasındakı şəxslərdə yaddaş itkisi, diqqət azlığı və yazı yazmaqda çətinlik kimi simptomları hədəfləyir.

“Təhsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Klinika gündə təxminən 10 xəstəyə xidmət göstərir və həm üz-üzə, həm də məsafədən məsləhət xidməti təklif edir. Mütəxəssislər fərdi müalicə planları tətbiq edir, həyat tərzini yaxşılaşdırmaq və ağıllı telefon istifadəsini nəzarət altında saxlamaq üçün tövsiyələr verir, zərurət olduqda dərman müalicəsi də təklif olunur.

Bu addım Yaponiya üçün rəqəmsal dövrün gətirdiyi yeni sağlamlıq problemlərinə innovativ yanaşmanın nümunəsidir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...