Təhsil 365 - Logo Mobile

QHT-lər üçün yeni qrant imkanları açıqlanıb

18405.09.2025 - 09:19
QHT-lər üçün yeni qrant imkanları açıqlanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu gündən etibarən özəl tərəfdaşlarla əməkdaşlıq mexanizmlərini gücləndirmək istiqamətində yeni addım atır. Agentlik, bp ilə birgə ilk dəfə ortaq qrant müsabiqələri elan edir.

“Tehsil365” xəbər verir ki, bu barədə Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib. Onun sözlərinə görə, müsabiqələr 4 spesifik mövzunu əhatə edəcək və 22 sentyabr – 22 oktyabr tarixlərində QHT-lər Agentliyin elektron xidmətlər portalı vasitəsilə layihə təkliflərini təqdim edə biləcəklər.

Qrantların yuxarı həddi belə müəyyənləşdirilib:

Kiçik qrant: 15 min manat

Orta qrant: 30 min manat

Böyük qrant: 50 min manat

QHT-lər müxtəlif istiqamətlər üzrə layihələr təqdim edə bilsələr də, bir təqvim ili ərzində yalnız bir layihənin maliyyələşməsi nəzərdə tutulur.

Ü. Qarayeva əlavə edib ki, Agentlik Azərbaycan QHT-lərinin inkişafı, fəaliyyətlərinin səmərəliliyinin artırılması və ölçülə bilən nəticələrin əldə olunması üçün dəstək tədbirlərini davam etdirəcək. Onun sözlərinə görə, yaxın günlərdə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqəsi də elan olunacaq.

Pərvin Hacıyeva

Новостная лента

На данный момент новостей в ленте нет...