“İnkişaf Akademiyası” layihəsi çərçivəsində “Dini tarixi abidələr mənəvi sərvətimizdir” və “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı” adlı təlimlər keçirilib.
“Təhsil365” xəbər verir ki, bu barədə Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsi paylaşım edib.Tədbirlərdə iştirakçılara dini tarixi abidələrin xalqımızın mənəvi dəyərlərindəki yeri barədə məlumat verilib. Bildirilib ki, bu abidələr təkcə dini yox, həm də milli kimliyin mühüm bir hissəsidir.
Eyni zamanda, gənclərə radikal dini cərəyanların mahiyyəti, onların psixoloji təsir üsulları və sosial mediada dini radikalizmlə mübarizə yolları barədə ətraflı izah olunub.
Sonda qeyd olunub ki, belə maarifləndirici təlimlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırır və yad dini ideologiyalardan qorunmasına töhfə verir.