Təhsil 365 - Logo Mobile

Lənkəranda gənclərə radikal dini cərəyanlardan qorunma yolları öyrədildi

12406.09.2025 - 14:05
Lənkəranda gənclərə radikal dini cərəyanlardan qorunma yolları öyrədildi

Sentyabrın 4-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin birgə təşkilatçılığı ilə “İnkişaf Akademiyası” layihəsi çərçivəsində Lənkəran Gənclər Evində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı” adlı təlim keçirilib.

“Təhsil365” xəbər verir ki, bu barədə Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsi paylaşım edib.Tədbirdə radikal dini cərəyanların mahiyyəti, onların psixoloji təsir üsulları, həmçinin sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları barədə geniş məlumat verilib.

Təlim zamanı yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd olunub, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti tarixən dini dözümlülüyə və multikultural dəyərlərə böyük önəm verib.

Son olaraq, tədbirin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin baş məsləhətçisi Emin Həmidlinin iştirakı ilə baş tutduğu diqqətə çatdırılıb.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...