Mütəxəssislər günə yaşıl tərəvəzlərlə başlamağın sağlamlığa mühüm təsirlərini vurğulayırlar. Qidalanma üzrə aparılan son araşdırmalara görə, ispanaq, brokoli, xiyar, kələmgil və digər yaşıl tərəvəzlər səhər yeməyində qəbul edildikdə həm enerjini artırır, həm də orqanizmi gün ərzində zərərli təsirlərə qarşı qoruyur.
“Tehsil365” məlumat verir ki, yaşıl tərəvəzlər yüksək miqdarda lif, vitamin və minerallarla zəngin olduğundan həzm sistemini gücləndirir, toxluq hissini uzun müddət qoruyur və artıq çəki riskini azaldır. Onların tərkibindəki antioksidantlar isə immuniteti gücləndirərək ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynayır.
Mütəxəssislər bildirirlər ki, səhər yeməyində yumurta, yulaf və ya digər proteinlərlə birlikdə yaşıl tərəvəzlərin qəbulu həm beyin fəaliyyətini, həm də diqqət və yaddaşı artırır. Bundan əlavə, təbii su balansı təmin olunur və bədənin günə aktiv başlaması üçün lazımi mikroelementlər əldə edilir.
Həkimlərin tövsiyəsinə görə, səhər rasionuna gündəlik ən azı bir porsiya yaşıl tərəvəz daxil etmək sağlam həyat tərzinin mühüm addımlarından biridir.