Təhsil 365 - Logo Mobile

Səhər dişlərin fırçalanması ürək sağlamlığını qoruyur

10907.09.2025 - 07:45
Səhər dişlərin fırçalanması ürək sağlamlığını qoruyur

Mütəxəssislər bildirirlər ki, səhər dişlərin müntəzəm şəkildə fırçalanması təkcə ağız gigiyenası üçün deyil, həm də ürək-damar sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

“Tehsil365”in araşdırmasına görə, ağız boşluğunda toplanan bakteriyalar qan dövranına keçə bilər və bu da ürəkdə iltihabi proseslərə, damarların daralmasına və infarkt riskinin artmasına səbəb ola bilər. Məhz buna görə səhər dişlərin fırçalanması qan dövranının təmiz qalmasına və ürək xəstəliklərinin qarşısının alınmasına yardım edir.

Həkimlərin tövsiyəsinə əsasən, dişlərin gündə iki dəfə - səhər və axşam fırçalanması vacibdir. Bu vərdiş həm diş və diş əti problemlərindən qoruyur, həm də uzunmüddətli perspektivdə sağlam ürək üçün mühüm addım hesab olunur.

Səhər gigiyenasına diqqət edən şəxslərdə ürək-damar xəstəliklərinə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...