Mütəxəssislərin araşdırmalarına görə, səhər tezdən açıq havada gəzintiyə çıxmaq orqanizmin həm fiziki, həm də psixoloji sağlamlığına mühüm təsir göstərir. Təmiz hava ilə nəfəs almaq ürək-damar sistemini gücləndirir, immuniteti möhkəmləndirir və orqanizmdə oksigen dövranını yaxşılaşdırır.
“Tehsil365” xəbər verir ki, səhər gəzintiləri eyni zamanda stress hormonlarının azalmasına, beyin fəaliyyətinin aktivləşməsinə və gün ərzində daha yüksək məhsuldarlığa səbəb olur. Günəş şüalarının təsiri ilə orqanizmdə D vitamini sintezi artır, bu da sümük sağlamlığını dəstəkləyir və yaşlanma prosesini ləngidir.
Tədqiqatçılar qeyd edirlər ki, səhər saatlarında açıq havada müntəzəm gəzən insanların ömür uzunluğu orta hesabla daha yüksək olur. Bu vərdiş həm xroniki xəstəliklərin qarşısının alınmasında, həm də uzunömürlülüyün sirrinin açılmasında əsas amillərdən biri hesab olunur.
Mütəxəssislərin tövsiyəsi: hər gün ən azı 20-30 dəqiqə səhər gəzintisinə vaxt ayırmaq sağlam və balanslı həyat tərzi üçün kifayət edir.